Avropa qış aylarında baş verə biləcək mümkün enerji böhranına hazırlaşmağa davam edir. SİA xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi səbəbilə ortaya çıxan enerji böhranına qarşı nüvə stansiyasının yaradılması ilə bağlı addım Almaniyadan gəlib. Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habeck, ölkədəki 3 atom elektrik stansiyasından 2-nin 2023-cü ilin aprel ayının ortalarına qədər fövqəladə ehtiyat kimi saxlanacağını, 2-nin isə daha uzun müddət işləməyə başlayacağını açıqlayıb.
O bildirib: “Bizim Almaniyada kifayət qədər enerjimiz var və biz bu enerjini avropalı qonşularımıza veririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB