Nigerdə iyul ayının əvvəlindən bəri davam edən yağışların səbəb olduğu daşqınlarda 103 nəfər həyatını itirib. SİA xəbər verir ki, 4 sentyabra qədər ölkədə davam edən leysan yağışlarının səbəb olduğu daşqınlarda 140 min 29 nəfər zərər çəkib. İyul ayından bu yana daşqınlar nəticəsində həyatını itirənlərin sayının 103-ə yüksəldiyi, 125 nəfərin yaralandığı bildirilib. Ölənlərin sayı sonuncu dəfə avqustun 28-də 75 nəfər elan edilib.
Qeyd edək ki, ötən il Nigerdə baş verən daşqınlarda 250 min adam zərər çəkib, 77 nəfər həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB