Verdiyi orqanlarla 80 insana ümid oldu

Verdiyi orqanlarla 80 insana ümid oldu

Meksikanın San Luis Potosi əyalətində orqanlarını bağışlayan və adı açıqlanmayan 31 yaşlı şəxs orqan donorluğu ilə onlarla insana ümid bəxş edib. SİA xəbər verir ki, xəstənin beyin ölümündən sonra xəstəxanada aparılan əməliyyatla orqanlarının çıxarıldığı və sözügedən orqanların ehtiyacı olan xəstələrə köçürüləcəyi açıqlanıb.

Əməliyyat nəticəsində mədəaltı vəzi, ürək, qaraciyər, buynuz qişa, dəri, böyrək və əzələ toxumalarının 80 nəfər üçün ümid olacağı bildirilib

Bütün xəbərlər Facebook səhifəmizdə