Covid-19-la bağlı yeni inqilabi araşdırma

Covid-19-la bağlı yeni inqilabi araşdırma

Koronavirusla bağlı daha bir yeni inqilabi araşdırma aparılıb. SİA xəbər verir ki, Hollandiyanın Maastrixt Universitetinin Məlumat Elmləri İnstitutunun alimləri süni intellektdən istifadə edən mobil proqramla Covid-19-un insan səslərində aşkar edilib-edilməməsi ilə bağlı araşdırmaya başlayıblar.

Araşdırmada Kembric Universitetinin Covid-19 Audio Tətbiqində 4353 sağlam və qeyri-sağlam iştirakçıdan 893 səs yazısı (308-i Covid-19 üçün müsbət olub) təhlil edilib. Mütəxəssislər qeydləri təhlil etmək üçün insan qulağının səs tezliklərinin dəyişməsini göstərən "Mel-spektroqram" adlı şkaladan istifadə ediblər.

Maastrixt Universitetinin Məlumat Elmləri İnstitutundan Vafaa Aljbavi bunları deyib: "COVID-19 olmayanların səsini digər səslərdən ayırmaq üçün fərqli süni intellekt modelləri hazırladıq və hansı modelin aşkarlanmasında daha yaxşı nəticələr verdiyini qiymətləndirdik".

Araşdırmada, Covid-19 hallarının səslə aşkarlanmasında 89 faiz, Covid-19 xəstəsi olmayan insanların aşkarlanmasının dəqiqliyinin isə yüzdə 83 olduğu qeyd edilib. Tədqiqatın nəticələri İspaniyanın Barselona şəhərində keçirilən Avropa Tənəffüs Cəmiyyətinin Beynəlxalq Konqresində təqdim olunub. Tədqiqatçılar bu tətbiqin Covid-19 diaqnozunda antigen testlərindən daha sürətli, asan və daha ucuz olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə