Sosial media platforması olan "İnstaqram" cərimə şoku ilə üzləşib. SİA xəbər verir ki, İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (DPC) ABŞ-da yerləşən Meta texnologiya şirkətinə məxsus sosial media platforması "İnstaqram"ı Ümumi Məlumatların Qorunması Qaydalarını (GDPR) pozduğuna görə 405 milyon avro məbləğində cərimələyib.
İddialara görə, "İnstaqram" uşaqların e-poçt ünvanlarını və telefon nömrələrini yerləşdirmək də daxil olmaqla, uşaqların məxfiliyini pozur. İrlandiya Məlumatların Mühafizəsi Komissiyasının sözçüsü, "Biz son qərarımızı keçən cümə günü verdik və bura 405 milyon avro cərimə də daxildir" dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB