Rusiyanın müdafiə xərclərinin artımı Qərbi qorxudur?

Rusiyanın müdafiə xərclərinin artımı Qərbi qorxudur?

Rus saytlarını yazdığına görə, Hollandiyada keçirilən konfransdakı çıxışı zamanı Avropa komissarı Tierri Breton Avropa İttifaqı ölkələri, ABŞ, Çin və Rusiyanın 20 il ərzində müdafiə xərclərini müqayisə edib.

Yenə də rus saytlarının yazdığına inansaq, guya Çinlə Rusiyanın müdafiə xərclərinə ayırdıqları xərclərin böyük artımı avropalı komissarı yaman qorxudub.

SİA bu barədə rus saytlarına istinad edir.

Deməli, sonradan danışan Tierri Breton, “son 20 il ərzində Avropa müdafiə sahəsinə sərmayə qoymayıb”-deyib.

...Müdafiə büdcəsinə baxsaq, biz Avropada son 20 ildə kollektiv şəkildə müdafiə büdcəmizi cəmi 20 faiz artırmışıq. Amma Rusiya bunu Rusiya 300, Çin isə 600 faizdən çox artıb: “Bu o deməkdir ki, ətrafımızda hər şey dəyişir və biz başa düşürük ki, bununla bağlı nəsə etmək lazımdır”- bunu Avropa Komissiyasının nümayəndəsi bildirib.

Bu arada Rusiyanın perspektivli “MiQ-41” qırıcısını “reallıqdan uzaq” adlandıran Amerikanın “19FortyFive” nəşrinin köşə yazarı Brent İstvud, onun peykləri vurmaq qabiliyyətinə də şübhə etmədiyini izhar edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə