Rusiyada qadağan edilən “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının nümayəndələri sosial şəbəkələrdə Kabildə iki rus diplomatının ölümü ilə nəticələnən partlayışa görə məsuliyyəti öz üzərlərinə götürdüklərini bildiriblər.
SİA bu barədə “RİA Novosti”-yə istinadən xəbərin “Reuters”da yer aldığını bildirir.
Qeyd edək ki, partlayış bazar ertəsi, sentyabrın 5-də Rusiyanın Kabildəki diplomatik nümayəndəliyinin yaxınlığında baş verib. İnsident nəticəsində ikisi Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi olmaqla altı nəfər həlak olub. Bundan başqa, 10 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı da bildirilir.
Bu arada Rusiya Xarici İşlər Nazirliyi Əfqanıstan təhlükəsizlik xidmətlərinin insidentlə bağlı hərtərəfli təhqiqat apardığına aydınlıq gətirib. Məsələ bundadır ki, hazırda Rusiya diplomatları da onlarla sıx təmasdadırlar. Bundan əlavə, diplomatik nümayəndəliyin təhlükəsizliyi də gücləndirilib.
Qeyd edək ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov hücumun təşkilatçılarının cəzasız qalmayacağına ümid etdiyini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB