Hulusi Akar polşalı həmkarı Mariuş Blaşçakla görüşüb

Hulusi Akar polşalı həmkarı Mariuş Blaşçakla görüşüb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar polşalı həmkarı Mariuş Blaşçak ilə görüşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Mərkəzi və Şərqi Avropanın ən böyük hərbi sərgisi olan MSPO - Beynəlxalq Müdafiə Sənayesi Sərgisi üçün getdiyi Polşanın Kielce şəhərində bir araya gələn nazirlər ikitərəfli və regional təhlükəsizlik, müdafiə sənayesində əməkdaşlıq mövzularında fikir mübadilə aparıblar.

Söhbət zamanı H.Akar iki ölkənin NATO çərçivəsində strateji əməkdaşlığına diqqət çəkib, hərbi təlim, müdafiə sənayesi sahələrində mövcud əməkdaşlığın davam etdirilməsi və imkanların artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə Polşanın müdafiə naziri Blaşçak Ukrayna ilə Rusiya arasında əldə olunan atəşkəs və taxılla bağlı işlərdə göstərdiyi təşəbbüsə görə Türkiyəyə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə