Prezident Ərdoğan Balkan ölkələrinə səfərə çıxacaq

Prezident Ərdoğan Balkan ölkələrinə səfərə çıxacaq

Prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 6-da Bosniya və Herseqovina, Serbiya və Xorvatiyanın daxil olduğu Balkan ölkələrinə səfərə çıxır.

6-8 sentyabr tarixləri arasında reallaşacaq səfərlərin gündəliyi; ikitərəfli əlaqələr, regional sülh və sabitlik və ticarət həcminin artırılması istiqamətində atılan addımlar olacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ilk dayanacaq Bosniya və Herseqovina olacaq. Əvvəlki səfərlərdə olduğu kimi Ərdoğanın Prezident Şurasının 3 üzvü ilə görüşü gözlənilir.

Görüşlərdə Türkiyenin Balkanlarda sülhün davam etdirilməsinə hər cür töhfə verməyə davam edəcəyi mesajı veriləcək.

Prezident Ərdoğanın Balkan turunun digər mühüm gündəm mövzusu iqtisadiyyat olacaq. Region ölkələri ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində atılacaq addımlar qiymətləndiriləcək.

İkitərəfli və nümayəndə heyətləri arası görüşlər keçiriləcək. Ərdoğanın səfəri zamanı mühüm ikitərəfli sazişlərin imzalanması da nəzərdə tutulur.

Prezident Ərdoğanı üç ölkəyə səfəri zamanı iş adamlarından ibarət böyük bir heyət müşayiət edəcək.

Qarşılıqlı investisiyaların və ticarət həcminin artırılması üçün atılacaq addımlar müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə