Qışın 47-ci günündə...italyanlar soyuqdan donub öləcəklər

Qışın 47-ci günündə...italyanlar soyuqdan donub öləcəklər

İtaliyanın Dövlət Xidmətləri İstifadəçilərinin Milli Assosiasiyası olan Assoutenti təşkilatı indidən bəd bir xəbərlə çıxış edərək...ölkənin qış üçün toplanan qaz ehtiyatlarının hamı üçün yetərincə olmayacağını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ölkənin “La Stampa” nəşri yazıb ki, guya anbarlardakı qaz ehtiyatı 3 aylıq qışın yalnız 45 gündən çox olmayan müddətinə güclə catacaq.

Deməli belə çıxır ki, İtaliyada qışın 46 və ya 47-ci günündən sonra ölkədəki sənaye müəssisələri fəaliyyətini dayandırması bir yana, hələ bir yerli sakinlər də soyuqdan donub öləcəklər.

Ona görə də, təşkilat İtaliyanın ekoloji keçid naziri Roberto Cinqolaninin enerjiyə qənaət planını tənqid etmək üçün İtaliyanın qaz təchizatı sisteminin imkanları haqqında mövcud məlumatları dərc edib.

Beləliklə, qeyd olunur ki, yerli qaz yataqları İtaliyanın illik tələbatının təxminən 20 faizini ödəyir, hakimiyyət orqanları isə anbarlarda tələb olunan qaz miqdarının cəmi 82,56 faizini toplayıb. Ailələrin və müəssisələrin sərəncamında 15 milyard kubmetrə yaxın qaz var. Amma unutmaq lazım deyil ki, yaydan fərqlı olaraq, qış mövsümündə qaz sərfiyyatı sutkada 400 milyon kubmetrə çatır.

Bu arada assosiasiyanın prezidenti Furio Truzzi, mövcud təchizatı paylamaq üçün İtaliyada istilik mövsümünün 15 gün qabağa keçirilməsini və daha 15 gün əvvəl dayandırılmasını təklif edib. Deyim ki, bu mən girən kola oxşamır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə