Rusiya ordusuna pul köçürən qadın həbs edilib

Rusiya ordusuna pul köçürən qadın həbs edilib

Estoniyada Rusiya ordusu üçün 40 avro bağışlayan qadını həbs cəzası gözləyir

Estoniyada məhkəmə Rusiya ordusuna və onun Ukraynaya hərbi müdaxiləsinə dəstək üçün 40 avro köçürən qadına hökm oxuyub.

SİA “Postimees”in məlumatına istinadən xəbər verir ki, Kiprdə yaşayan rus qadın Olqa Fedorova Rusiya ordusu üçün pilotsuz təyyarələr daşıyan rusiyalı Vladimir Şilova pul göndərib. İyul ayında o, Estoniya məhkəməsi tərəfindən də buna görə məhkum edilib.

Qeyd edək ki, Fedorova 2022-ci il may ayının sonunda edilən bank ödənişinin izahatında "Uşaqlarımız üçün" yazıbmış.

Hazırda Fedorova və vəkili Tallin prokurorluğu ilə rusiyalı qadına 5 aylıq həbs cəzası verilməsini tələb edən müqavilə bağlayıb. Razılaşmaya görə, qadın 1 il 8 ay sınaq müddəti ərzində qəsdən cinayət törətməsə, cəza icra olunmayacaq və Fedorova 981 avro cərimə ödəyəcək.

Qərarın elanı zamanı hakim bildirib ki, bu məsələ ilə bağlı məhkəmə təcrübəsi hələ də nisbətən azdır, lakin razılaşdırılmış cəza təqsiri nəzərə alınmaqla qanuni və düzgündür.

Qeyd edək ki, Estoniyada xarici dövlətin təcavüz aktını dəstəkləmək 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə