Terror təşkilatı PKK/YPG-nin 6 üzvü zərərsizləşdirilib

Suriyanın şimalına hücuma hazırlaşan bölücü terror təşkilatı PKK/YPG-nin 6 terrorçusu zərərsizləşdirilib.
Terror təşkilatı PKK/YPG-nin 6 üzvü zərərsizləşdirilib

Suriyanın şimalına hücuma hazırlaşan bölücü terror təşkilatı PKK/YPG-nin 6 terrorçusu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiye Milli Müdafiə Nazirliyinin "Twitter" hesabından edilən paylaşımda "Sülh Çeşməsi", "Fərat Qalxanı" və "Zeytun Budağı" əməliyyatı bölgələrinə hücuma hazırlaşan 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.

Paylaşımda “Türkiye Silahlı Qüvvələrimiz terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirir” ifadələri yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə