"Britaniya üçün elə də ağıllı variant deyil..?"

"Britaniya üçün elə də ağıllı variant deyil..?"

...Federasiya Şurasının Xarici Əlaqələr Komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov rus saytın verdiyi açıqlamasında Liz Trassın Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının lideri, baş nazir vəzifəsinə seçilməsini şərh edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, Cabarova görə, guya bu Britaniya üçün elə də bir dəbdəbəli seçim olmayacaq. Çünki Trass artıq özünü xarici işlər naziri kimi “göstərib” və təbii ki, bu, vaxtilə Britaniya hökumətinə rəhbərlik etmiş Britaniya baş nazirlərinin solğun kölgəsidir.

“...Amma ümid edək ki, bəlkə o, hökumətin başçısı olduqdan sonra daha yaxşı qərarlar verər. Ancaq çox az etibarlıdır. Onun ilk addımlarına baxmaq lazımdır”, - deyə Cabarov bildirib.

Bir daha xatırladaq ki, Trass bundan əvvəl partiyanın səsverməsi nəticəsində hakim Mühafizəkarlar Partiyasının rəhbəri seçilmişdi.

Çərşənbə axşamı, sentyabrın 6-da isə Trass Boris Consonu əvəz edəcək və ölkə tarixində Marqaret Tetçer (1979-1990) və Tereza Meydən (2016-2019) sonra üçüncü qadın baş nazir olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə