Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukrayna münaqişəsi ilə bağlı yaranmış enerji çatışmazlığı səbəbindən Avropanın “real problemlərlə” üzləşdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TASS yayıb.
Almaniya xarici işlər nazirinin sözlərinə görə, enerji mövzusu “əsl problemə” çevriləcək və yaxın aylarda Avropa ciddi sınaqdan keçiriləcək.
Almaniyadakı xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının görüşünün açılışında Berbok “Biz həmrəylik ruhunda Avropadakı bütün insanları birlikdə enerji ilə təmin edə biləcəyik, ya yox?” sualını verib.
Qeyd edək ki, bu bəyanat “Şimal axını” qaz kəmərinin Portovaya kompressor stansiyasında təmir işləri ilə əlaqədar dayandırılması fonunda verilib.
Xatırladaq ki, Rusiyanın “Qazprom” enerji şirkətinin məlumatına görə, qaz kəmərinin sonuncu işləyən turbinində də zədə aşkar edilib. Maraqlıdır ki, “Şimal axını”nın işinin bərpasının vaxtı barədə hələ ki, heç bir məlumat verilmir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB