“Bayraktar”lar Ukraynada istehsal olunacaq...

Çavuşoğlu Ukraynanın ərazi bütövlüyünə dəstək vəd edib
“Bayraktar”lar Ukraynada istehsal olunacaq...

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə və Krım tatarlarının hüquqlarını qorumağa davam edəcəyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

...Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova səmimi qəbula görə Türkiyə diplomatiyasının rəhbərinə təşəkkür edib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin “Baykar Makina” şirkətinin pilotsuz uçuş aparatının Türkiyədə təqdimatı olub. Bayraktar Kizilelma adlanan pilotsuz təyyarə ilk uçuşunu həyata keçirdiyi Ukrayna istehsalı olan AI-322F mühərriki ilə yanaşı, Türkiyənin TF-6000 təyyarəsi ilə də təchiz oluna bilər.

“Baykar Makina” şirkətinin rəhbəri Haluk Bayraktar şirkətin Ukraynadakı zavodunda yeni Bayraktar Kizilelma pilotsuz uçan aparatını istehsal etməyi planlaşdırdıqlarını da bildirib.

Onun sözlərinə görə, şirkət artıq Türkiyənin Bayraktar pilotsuz uçan aparatlarının istehsalı üçün zavodun tikintisinə başlayıb. Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib ki, zavodun tikintisi bir neçə ay çəkəcək və işə salınması 2023-cü ilin sonuna qədər mümkündür.

Yeri gəlmişkən, bu arada Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı müəssisəsinin Ukraynada yaradılacağı təqdirdə dərhal demilitarizasiyaya məruz qalacağı barədə xəbərdarlıq edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə