Türkiyədə nə qədər erməni yaşayır, bilirsinizmi?

Türkiyədə nə qədər erməni yaşayır, bilirsinizmi?

...Ötən günlərdə, İstanbul küçələrinin birində rəy sorğusu keçirən türk jurnalistlərindən biri müsahibi olduğu respondetin kimliyi ilə maraqlandı. Avropa doğumlu türk mühasib son günlərədək İsveçrədə yaşadığını və artıq bundan sonra ailəsi ilə birgə Türkiyəyə köçüb barada yaşayacağını söylədi.

Jurnalistin son dövrlər Türkiyədəki inflyasiya ilə bağlı sorğusuna “Avropada bundan da pisdir” deyən müsahib, Türkiyəyə yaşamaqdan əlavə, “biz türklərə Avropada hörmət qazandıran Prezident Recep Tayyip Erdoğana arxa, dəstək olmaq üçün döndüyünü də gizlətmədi.

...Nədən danışacaqdım, hə, deyəsən xatırladım.

Diqqət yetirin, “...Bu ilin avqustunda Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini növbəti dəfə - bu dəfə 13faizə endirib, baxmayaraq ki, ölkədə uzun müddətdir ki, inflyasiya tüğyan edir. Bu, prezident Ərdoğanın pul siyasəti ilə bağlı irrasional fikirlərinin nəticəsidir. Eyni zamanda, Qərbin sanksiyalarından yan keçməkdə Rusiyanın əsas tərəfdaşına çevrilənin məhz Türkiyə olduğunu iddia etmək olar. O, Rusiya qazının pulunu rublla ödəməyə razılaşıb, Rusiyanın “Mir” kartlarına xidmət etmək üçün infrastruktur qurur, Rusiyaya uçmağa və oradan turistləri qəbul etməyə davam edir və Rusiyaya yardım etdiyinə görə ona ikinci dərəcəli sanksiyaların tətbiq olunma ehtimalı hələlik hipotetikdir...”

...Yəqin ki, bunun erməni əməli olduğunu, yəni erməni saytlarında yer aldığını başa düşdünüz.

İnanın ki, bu millətin dindarı ilə dinsizinə fərqləndirmək mümkün deyil.

Qeyd edək ki,..yox, gəlin elə ötən illərin birində Prezident Ərdoğanın qondarma “erməni soyqırımı” ilə bağlı argentinalı bir jurnalistin ona ünvanladığı suala verdiyi cavabı təqdim edək: “...Bu gün Türkiyədə heç kim ermənilərə qarşı soyqırım həyata keçirmişik deyə bilməz. Hazırda Türkiyədə nə qədər erməni yaşayır, bilirsinizmi? 100 min! Bunun 30 mini öz vətəndaşlarımızdır, digər qismi isə yaşayışını təmin etmək üçün Türkiyədə qanunsuz məskunlaşan ermənilərdir. Amma biz humanist rəftar edərək onları deportasiya etmirik”.

...İnanın ki, bu gün erməninin Türkiyə ilə bağlı arzu və ya istəyi... araba kölgəsində yatan köpəyin məsəlinə bənzəyir. Qeyd edək ki, Erdoğan bunları hələ 44 günlük müharibədən cox-cox qabaq demişdi. İndi həmən o vətənindən qaçıb Türkiyəyə sığınan ermənilərin daha da artmadığına kim zəmanət verə bilər?

Bundan əlavə, bu günlərdə İrəvanın bir neçə ticarət mərkəzlərində aparılan rəy sorğularında ermənilərin əksəriyyəti satdıqları malların ən çox Türkəyədən gətirdiklərini və məhz bunun hesabına dolandıqlarını etiraf etdilər.

...Məncə, şərhə ehtiyac yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə