...İnanın ki, rusların Ramzana, onun son aylardakı fəaliyyətinə olan münasibətlərini hələ də anlaya bilmirəm.
Məsələn, o gün Rusiya Regional Siyasət İnkişafı Mərkəzinin direktoru İlya Qraşçenkov rus saytlarından hansınasa verdiyi müsahibəsində Kadırovun tezliklə yeni vəzifəyə keçirilməsini təklif edib.
O bildirib ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun siyasi fəaliyyəti guya sadə qubernator statusunu çoxdan üstələyib. Bəli, sadə qubernatorluq artıq onu qane etmir. Gəl, indi baş aç, bu adam ciddi deyir, yoxsa...
Özünüz baxın, Ramzan Çeçenistan kimi “çətin bir bölgəyə rəhbərlik” edir. Yoxlasan, Ukraynadakı döyüşlərə Rusiyanın Müdafiə naziri Sergey Şoyqudan da çox “can yandırır”. Hələ bir imkan tapıb, daha çox öz iştirakı ilə “şou kliplər” də çəkdirir. Məhz bütün bunların fövqündə İlya Qraşçenkovla haradasa razılaşmaq olar, amma...
“...Kreml qeyri-müəyyən məzuniyyətə layiq olduğunu bəyan edən Çeçenistan rəhbəri Ramzan Kadırovla bağlı vəziyyətin necə inkişaf etdiyini bilmir”.
Bunu isə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. Amma mənə elə gəlir ki, o nəyi isə gizlədir. Yaxşı, əgər sən o boyda səlahiyyət sahibi ola-ola bunları bilmirsənsə, bəs onda o biriləri haradan bilməlidir?
...O da maraqlıdır ki, Kadırovun bloq yazısını şərh edən Peskov, Ramzanın yazdığı bu mesajları gördüyünü, amma bu mesajların hələ ki, reallaşmadığını dilə gətirib.
...Diqqət yetirdiniz, necə yəni “hələ ki, reallaşmayıb”?
...Sizi bilmirəm, amma mən Peskovun “qırımından” belə başa düşürəm ki, o da Ramzanın vəzifədən getməklə bağlı “yalandan da olsa dilə gətirdiyi” arzusunun reallaşması tərəfdarıdır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB