Kanadada bıçaqlı hücum hadisəsi baş verib

Kanadada bıçaqlı hücum hadisəsi baş verib

Kanadanın mərkəzi hissələrində Saskaçevan əyalətində bıçaqlı hücum baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücum nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hücumlar ən azı 13 müxtəlif məkanda həyata keçirilib. Kanada polis rəsmiləri iki şübhəlinin fotolarını yayımlayıb və ictimaiyyətə onları görəndə gizlənməyi və polisə zəng etməyi tövsiyə edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə