Xarkov vilayətində rusların silah-sursat anbarı və texnikası məhv edilib

Xarkov vilayətində rusların silah-sursat anbarı və texnikası məhv edilib

Ukrayna hərbçiləri Xarkov vilayətində, Semyonovka və Kupyansk yaxınlığında xeyli rus əsgərini və onların döyüş sursatı olan sahə anbarını məhv ediblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

Ukrayna saytlarının yazdığına görə, ötən gün ərzində Müdafiə Qüvvələrinin aviasiyası canlı qüvvənin, hərbi və xüsusi texnikanın, eləcə də hərbi obyektlərin məhv edilməsi istiqamətində 30-dan artıq zərbə endirib.

“Xarkov vilayətinin Semyonovka və Kupyansk yaşayış məntəqələri yaxınlığında düşmənin cəmləşdiyi ərazilərə effektiv atəş zərbələri nəticəsində rus işğalçıları itki veriblər, döyüş sursatı olan səhra anbarlarından biri, düşmənin canlı qüvvəsi, eləcə də hərbi texnikası məhv edilib. Zərərlər dəqiqləşdirilir”.

Qeyd edim ki, bunu Ukrayna tərəfi yazır.

...Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması düşmənin hava və raket zərbələrini və hava hücumlarını dəf etməyə davam edir və Ukraynadakı kritik obyektləri effektiv şəkildə qoruyur.

Bunu da Ukrayna tərəfi bəyan edir.

Xatırladaq ki, deyəsən Xarkovu tutmaqda israrlı olan ruslar ötən gün bu şəhəri yenidən atəşə tutublar. Belə ki, şəhərin iki rayonu vurulub. Xarkovda atəş nəticəsində iki nəfərin xəstəxanaya yerləşdirildiyi deyilir.

Novobavarski rayonunda isə zərbə özəl sektora dəyib - bir neçə fərdi ev və onların yanındakı hündürmərtəbəli bina zədələnib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə