Vitse-prezident Polşanı tərifləyib

Vitse-prezident Polşanı tərifləyib

ABŞ-ın vitse-prezidenti Kamala Harris və Polşanın baş naziri Mateuş Moravetski Ukraynaya yardım və NATO-nun Şərqi Avropada güclənməsini müzakirə ediblər.

SİA bu barədə rus saytlarına istinad edir.

ABŞ-ın vitse-prezidenti Kamala Harris və Polşanın baş naziri Mateuş Moravetski Ukraynaya yardım və NATO-nun Şərqi Avropada güclənməsini müzakirə ediblər. “İnterfaks” xəbər verir ki, Harris Varşava ilə Vaşinqton arasında “əlaqələrin davamlı möhkəmliyini” və kollektiv təhlükəsizliyin gücləndirilməsi üzrə tədbirləri qeyd edib. Xüsusilə, o, Amerika quru qüvvələrinin Poznanda yerləşdirilməsini xatırladıb.

Qeyd edək ki, həmən ərəfədə ABŞ prezidenti Cozef Bayden bu addımı “ABŞ-ın NATO-nun şərq cinahında daimi hərbi mövcudluğunun başlanğıcı” adlandırmışdı.

Rus saytının yazdığına görə, guya ştatların vitse-prezidenti Polşanı ukraynalı qaçqınları fəal şəkildə qəbul etdiyinə və Kiyevə lazımi təhlükəsizlik yardımı göstərdiyinə görə tərifləyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə