Batumi sahillərində süni adalar

Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi sularında süni adalar salınacaq.

SİA-nın əldə etdiyi məlumata görə, Batumidə keçirilən təməlqoyma mərasimində iştirak edən baş nazir İrakli Qaribaşvili iki süni adadan ibarət “Ambassadori Batumi adası” layihəsini həyata keçirməyə başladıqlarını bildirib.

Sözügedən layihənin Batuminin beynəlxalq nüfuzuna və şəhərin yerləşdiyi Acarıstan bölgəsinin iqtisadi inkişafına töhfə verəcəyini söyləyrən Qaribaşvili deyib: "Bu layihəyə ən azı 100 milyon dollar xərclənəcək. Birinci mərhələdə 2 min vətəndaşımız işlə təmin olunacaq.

“Ambassadori Batumi adası” ölkədə otel tikintilərinə investisiyalar qoyan “Ambassadori Group” tərəfindən həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə