Türkiyədə helikopter sərt eniş edib - itkin düşən var

Türkiyədə helikopter sərt eniş edib - itkin düşən var

Türkiyədə Pəncə-Kilit Əməliyyatı bölgəsində helikopter sərt eniş edib. SİA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ötən gün saat 23:45 radələrində “Skorsky” helikopterin sərt enişi zamanı qəza yaşanıb.

Helikopterdə olan 8 personaldan 7-si xilas edilib.

Bölgədə itkin düşən bir nəfərin axtarış-xilasetmə işləri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə