Amerika Birləşmiş Ştatları növbəti dəfə atışma fəlakəti ilə sarsılıb. SİA xəbər verir ki,Virciniya ştatında yerləşən Norfolk Dövlət Universiteti sosial media hesabında tibb bacısı fakültəsində təhsil alan 19 yaşlı qız tələbənin evdə silahlı hücum nəticəsində öldüyünü açıqlayıb. Daha sonra Norfolk polisi hücumda ölənlərin sayının 2-yə çatdığını, aralarında universitet tələbələrinin də olduğu 5 nəfərin yaralandığını və hücumun səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
Digər tərəfdən, dünən Florida ştatının Platka bölgəsində bir əyləncə mərkəzinə silahlı hücum nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin yaralandığı barədə məlumat paylaşılıb. Platka polisi silahlı hücumda vurulan 4 nəfərdən ikisinin həyatını itirdiyini, beşinci şəxsin isə sərt cisimlə döyüldüyünü açıqlayıb. Zərərçəkənlərin adları açıqlanmasa da, yaralıların helikopterlə ən yaxın bölgədəki travma mərkəzinə aparıldığı və onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB