Nigeriyada "meymun çiçəyi" virusu yayılıb

Nigeriyada "meymun çiçəyi" virusu yayılıb

Nigeriyada "meymun çiçəyi" virusu yayılıb. SİA xəbər verir ki, bir həftə ərzində 48 nəfərdə virusun aşkar edildiyi, ölkədə yoluxma sayının isə 220-yə yüksəldiyi qeyd edilib. İndiyədək virusdan 4 nəfərin öldüyü bildirilir.

Epidemiyanın paytaxt Abuca ilə yanaşı 29 əyalətdə də yayılmağa davam etdiyi bildirilib. "Meymun çiçəyi" Konqo və Qərbi Afrika növü olaraq 2-yə bölünür. Adətən heyvandan insana, nadir hallarda isə insandan insana keçən virus bədəndə yüksək hərarət və qaşınma qabarcıqlarına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə