Ruslar Qazaxıstandan maşın daşıyırlar...

Ruslar Qazaxıstandan maşın daşıyırlar...

Ruslar Qazaxıstandan avtomobil daşıyırlar. Verilən məlumatlara görə, avtomobil idxalı illik müqayisədə 22 dəfə artıb.

“KazanFirst”in məlumatına görə, bu, tədarükün dayandırılması ilə əlaqədar Rusiya Federasiyasında xarici avtomobillərin çatışmazlığı fonunda baş verir. SİA bu barədə rus saytlarına istinad edir.

Nəşrin məlumatına görə, bir çox avtomobilçilər vizasız rejim olan Qazaxıstandan nəqliyyat vasitələrini daşımağa başlayıblar. Buna səbəblərdən biri də Qazaxıstanda qiymətlərin Rusiya ilə müqayisədə aşağı olmasıdır.

Gərək ki, Avrasiya İqtisadi Birliyi ölkələrində istehsal olunan mallar gömrük bəyannaməsi və rüsumlar ödənilmədən iştirakçı ölkələr arasında daşına bilər. Təbii ki, həm Qazaxıstan, həm də Rusiya birliyə üzvü olan dövlətlərdir. Amma nəzərə almaq lazımdır ki, Qazaxıstan ərazisində, xüsusən də ora başqa ölkələrdən gətirilən və Avrasiya İqtisadi Birliyi məhsulu statusuna malik olmayan nəqliyyat vasitələri ola bilər ki, onların xarici mal statusu var.

“...Qazaxıstan Respublikası öz üzərinə öhdəliklər götürür, bunun mahiyyəti ondan ibarətdir ki, bu cür nəqliyyat vasitələri yalnız onun ərazisində idarə oluna bilər. Belə malları yalnız respublikada yaşayan şəxslər qonşu ölkələrə idxal edə bilər. Belə avtomobillərin Rusiyaya idxalı qadağandır”.

Qeyd edək ki, bunu Volqa Gömrük İdarəsinin Gömrük Nəzarətinin Təşkili Xidmətinin rəhbəri Aleksandr Preorçuk deyir.

Onun sözlərinə görə, Qazaxıstan Respublikası öz üzərinə öhdəliklər götürür, bunun mahiyyəti ondan ibarətdir ki, bu cür nəqliyyat vasitələri yalnız onun ərazisində idarə oluna bilər. Belə malları yalnız respublikada yaşayan şəxslər qonşu ölkələrə idxal edə bilər. Yəni belə avtomobillərin Rusiyaya idxalı qadağandır.

...Amma kimə deyəsən, belə ki, Qazaxıstandan aparılan avtomobillərin sayı hələ də səngimək bilmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə