ABŞ İordaniya və digər 28 ölkə ilə hərbi təlimlərə başlayır

ABŞ İordaniya və digər 28 ölkə ilə hərbi təlimlərə başlayır

ABŞ Mərkəzi Komandanlığı İordaniya və digər 28 ölkə ilə iki həftəlik hərbi təlimə başladıqlarını açıqlayıb. SİA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. CENTCOM-un saytında yer alan açıqlamada, "ABŞ, İordaniya və digər 28 ölkə bu gün İordaniyada iki həftəlik "İstəkli Aslan" təliminə başlayıb. 4-15 sentyabr tarixlərində keçiriləcək təlim regionda ən böyük hərbi təlimlərdən birini təmsil edir".

Qeyd olunub ki, təlimin məqsədi “hərbi təcrübə mübadiləsi və tərəfdaş ölkələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi”dir. Bu il 10-cu dəfə keçirilən hərbi təlimə “uzaq mənzilli bombardman, xəyali düşmənlərin kiber təhdidlərindən müdafiə, qurumlararası əlaqə və koordinasiya, terrorla mübarizə bacarıqlarının inkişafı, hava və raket hücumundan müdafiənin inteqrasiya olunmuş sinxronizasiyası, dəniz və sərhəd təhlükəsizliyi, fəlakətlərə reaksiya üçün qabaqcıl səriştələr" daxildir

Covid-19 epidemiyası səbəbi ilə 2021-ci ildə təxirə salınan çoxtərəfli təlimdə, 1700 ABŞ üzvləri və İordaniyanın 2200 silahlı qüvvələrinin, həmçinin 28 digər ölkədən 591 koalisiya personalının iştirakçı və ya müşahidəçi olaraq daxil olduğu qeyd edilib. Təlim ABŞ-ın regiondakı Mərkəzi Komandanlığının ən güclü və etibarlı tərəfdaşlarından biri olan İordaniya Silahlı Qüvvələri ilə ABŞ-ın hərbi əlaqələrinin ən mühüm hadisəsi hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə