Paraşütü açılmayan gözəllik kraliçası dəhşətli şəkildə öldü - FOTO

Paraşütü açılmayan gözəllik kraliçası dəhşətli şəkildə öldü - FOTO

İnanılmaz qəzanın ünvanı Kanada olub. 21 yaşlı gözəllik kraliçası Tanya Pərdəzi təkbaşına ilk dəfə yerdən 1200 metr hündürlükdən paraşütlə tullanıb. SİA xəbər verir ki, Britaniyanın "Daily Mail" qəzetində yer alan xəbərə görə, Toronto Universitetinin fəlsəfə tələbəsi Tanya Pərdazi paraşütü açılmadığı üçün dünyasını dəyişib.

Avqustun 27-də baş verən qəza ilə bağlı verilən rəsmi açıqlamaya görə, Pərdəzi ehtiyat paraşütünü açmaq istəsə də, yerə yaxın olduğundan qaça bilməyib. Qəzadan sonra xəstəxanaya çatdırılan gənc qadın bütün müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Onun dostu Melodi Özqoli "CTV News Toronto"ya bildirib ki, Pərdəzi ilk dəfə məşqçisiz təkbaşına tullanıb. Özqoli, “Tanyanın yeni və macəralı hər şeyə marağı var idi. Həyat onun üçün çox darıxdırıcı idi və həmişə macəralı bir şey etməyə çalışırdı. O, həqiqətən də bunun hər saniyəsini doya doya yaşadı”. TikTok-da 100 min izləyicisi olan Pərdəzi 2017-ci ildə Miss Kanadada finalda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə