Almaniyaya uçan şəxsi təyyarə Baltik dənizinə düşüb

Almaniyaya uçan şəxsi təyyarə Baltik dənizinə düşüb

İspaniyadan havaya qalxan şəxsi təyyarə Almaniyada təyinat yerinə çata bilməyib. SİA xəbər verir ki, Avstriya qeydiyyatında olan "Cessna 551" tipli şəxsi təyyarənin Baltik dənizinə düşməsi nəticəsində bölgəyə xilasetmə qrupları göndərilib. Səlahiyyətlilərdən verilən məlumatda təyyarənin Baltik dənizindən keçməzdən əvvəl Paris və Köln üzərində iki dəfə tur etdiyi, yerə enə bilməyəndə sürəti və hündürlüyü sürətlə itirərək Baltik dənizinə doğru gedərkən düşdüyü bildirilib. İsveç Dəniz Administrasiyasının mətbuat katibi Yohan Vahlström də Almaniya və Danimarka döyüş təyyarələrinin sözügedən şəxsi təyyarənin pilotu ilə əlaqə saxlamağa çalışdığını, lakin uğursuzluğa düçar olduğunu qeyd edib. Təyyarədə 4 nəfərin olduğu təxmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə