Ukrayna Ordusu bir neçə yaşayış məntəqəsini azad edib

Ukrayna Ordusu bir neçə yaşayış məntəqəsini azad edib

Prezident Vladimir Zelenski Donetsk vilayətində və cənubda üç yaşayış məntəqəsinin azad edildiyini açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə o, axşam videomüraciətində bildirib.

Bazar günü Ali Baş Komandanın Qərargahının yeni iclasını keçirdiyini bildirən Zelenski bazar günü olsa da, müharibədə istirahət günlərinin olmadığını da diqqətə çatdırıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, əməliyyat rayonlarının komandirləri, kəşfiyyat rəhbəri üçün yaxşı xəbərlər olduğunu da bildirib. Belə ki, o, Donetsk vilayətində nəticəni təmin edən 103-cü müdafiə briqadasının 63-cü batalyonunun əsgərlərinə təşəkkür etmək istədiyini bəyan edib, çünki onlar qəsəbəni ruslardan geri alıblar.

Onun sözlərinə görə, Lisiçansk - Seversk istiqamətində 54-cü briqada da yaxşı addımlar ataraq, irəli gediblər və müəyyən yüksəklikləri ələ keçiriblər.

Zelenski daha sonra 42-ci motoatıcı batalyonunun fəaliyyətini də qeyd edib. Prezidentin dediyinə görə, məhz onların qəhrəmanlıq hərəkətləri sayəsində Ukraynanın cənubundakı iki yaşayış məntəqəsi azad edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə