Pakistanda musson yağışları can almaqda davam edir. SİA xəbər verir ki, iyunun 14-dən bəri davam edən yağışlar nəticəsində 458-i uşaq, 262-si qadın olmaqla 1314 nəfər ölüb, 12703 nəfər isə yaralanıb.
Yağışlar nəticəsində bir milyon 682 min 726 evə ziyan dəyib, onlardan 557 min 891-i tamamilə dağılıb. Ümumilikdə 5 min 735 kilometr yol, 246 körpü və 173 iş yeri dağıdılıb, 750 min 405 təsərrüfat heyvanı tələf olub. Yağışlardan 33,4 milyon insan zərər çəkdiyi halda, 631 min 824 nəfər çadır şəhərciklərində yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB