... Sentyabrın 8-də məlum olacaq

...Bu gün Rusiya Federasiyasının Ukraynada müharibə aparmaq üçün imkanları artıq tükətib. Amma Rusiyanın əlində olan tək bir şey qalıb ki, o da təbliğatdır.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu fikri rusiyalı hüquqşünas və hüquq müdafiəçisi Mark Feyqin “Espreso” telekanalına bildirib.

Feyqinə görə, ruslar kəmiyyətcə öz əhəmiyyətini saxlaya bilərlər, yəni daha çox tank və ya başqa hərbi texnika əldə etməklə..?

Amma Ukrayna Silahlı Qüvvələri, əlbəttə, ancaq müttəfiqlərinin köməyi ilə buna müqavimət göstərə bilər.

Feyqinin sözlərinə görə, bu gün Ukraynaya yüksək keyfiyyətli silahların sabit təchizatı lazımdır.

Doğrudur, hazırda bizə təyyarə və ya ATACMS, 300 kilometr mənzilli raketlər və sair tədarük edilmir. Yəni hələ də Ukraynada olmayan çox şeylər var. Düşünürəm ki, Putin bütün bu məsələlərdən narahatdır

Xatırladaq ki, Birləşmiş Ştatlar Ukraynaya 300 kilometrə qədər məsafədə bir sıra hədəfləri vuran çoxlu raket sistemləri (MLRS) HIMARS üçün uzun mənzilli ATACMS raketlərinin verib-verməyəcəyi sentyabrın 8-də məlum olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə