Antalyanın turizm bölgəsindən olan Adrasan meşələri alov pəncəsinə düşüb. SİA xəbər verir ki, yanğın saat 16:45 radələrində Kumluca rayonu, Adrasan rayonunda Sazak yolunun girişindəki meşəlik ərazidə baş verib.
Meşə ərazisindən tüstünün qalxdığını görən istirahətçilər vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər. Xəbərdarlıqdan sonra yanğının söndürülməsi üçün əraziyə 9 helikopter, 9 təyyarə, 20 su nasosu və 200 canlı qüvvə cəlb olunub. Komandalar turizm bölgəsində baş verən yanğına havadan müdaxilə edib. Hava nəqliyyatı ilə dənizdən götürülən su yanğının üzərinə tökülüb. Təxminən 2 saat davam prosesdən sonra yanğın böyümədən nəzarət altına alınıb. Yanğının qurudan soyudulması işləri davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB