Putindən əmr: Donetsk vilayəti tam alınmalıdır!

Putindən əmr: Donetsk vilayəti tam alınmalıdır!

“...Putin rus ordusuna sentyabrın 15-dək bütün Donetsk vilayətini ələ keçirməyi əmr edib. Bununla belə, cəbhənin bu sektorunda güclü döyüş əməliyyatları gözləmək lazım deyil”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə hərbi ekspert Oleq Jdanov danışıb.

Onun sözlərinə görə, Donetsk istiqamətində hələ də güclü hücumlar deyil, hərbi əməliyyatların aktivliyinin artmasını gözləmək lazımdır.

Rusiyanın prinsipcə Donetsk vilayətində, xüsusən Baxmut və Avdiivka istiqamətlərində hücum əməliyyatlarını dayandırmadığını deyən Jdanov, rusların canlı qüvvə sarıdan “korluq” çəkdiklərini də istisna etməyib.

Məhz buna görə də, bu, rus qoşunlarına hətta ayrıca istiqamətdə genişmiqyaslı hücumlar həyata keçirmək imkanı verməyəcək.

Hərbi ekspert, yaxınlarda hərbi əməliyyatların artacağını da istisna etmir. Yəni rusların genişmiqyaslı hücumu olacaq. Ancaq hansı qüvvə ilə, bax, məsələ budur.

Doğrudur, rusların Belarus silahlı qüvvələri ilə birgə təlim keçdikləri qüvvələr hələ də Ukrayna sərhədindədir. Amma Lukaşenko hələ də bu hərbi kampaniyanın sonuna doğru gedir. Yəni bütün əlamətlər onun Ukrayna ərazisindəki savaşa müdaxilə etmək istəmədiyini göstərir.

Rusiya Federasiyasının isə ikinci cəbhəni inkişaf etdirmək üçün... əsgər gəzir. Eyni Donetsk istiqamətini gücləndirmək üçün də onların elə bir qüvələri yoxdur.

Maraqlıdır ki, Jdanov, Putinin Donetsklə bağlı əmrini daha çox “informasiya-psixoloji xüsusi əməliyyat” kimi dəyərləndirir.

“Bu gün böyük məlumat kampaniyası gedir ki, sabah onlar hücuma keçəcəklər və biz qorxmalı və ərazimizdən əl çəkməliyik”. Bunu isə Jdanov sual kimi qoyur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə