Ukraynalılar, hər halda, rusların qabağına quşatanla çıxmayacaq...

Ukraynalılar, hər halda, rusların qabağına quşatanla çıxmayacaq...

...Rusiya Ukraynadakı xüsusi əməliyyatın taktikasını dəyişir və sentyabrda əks-hücum əməliyyatına başlayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Cənub Hərbi Dairəsi komandanının keçmiş mətbuat katibi, ehtiyatda olan polkovnik Gennadi Alexin deyib.

Beləliklə, keçmiş mətbuat katibinn dediyinə görə, “...Rusiya tezliklə əks hücuma keçəcək. Bu, Ukrayna Silahlı Qüvvələrinin Xerson yaxınlığında hücuma keçmək üçün uğursuz cəhdlərindən sonra xüsusilə aktuallaşşb. Bununla belə, hərbi əməliyyatlar bütün istiqamətlərdə davam edəcək: Donbassda, Cənubda və Xarkov istiqamətində”.

Alexin bunun ilk əlamətləri kimi, Soledar, Yakovlevka və Seversk yaxınlığında gedən döyüşləri göstərir.

Beləliklə də, mətbuat katibi ukraynılalara “isti sentyabr” vəd edir.

Onun dediyinə görə, Rusiya hərbçiləri hücuma keçib Ukrayna Silahlı Qüvvələrini yenidən 60 km ərazidə geri atacaqlar.

Qeyd edim ki, Alexin bunu döyüş meydanına yaxınlaşan üçüncü ordu korpusunun qabaqcıl hərbi texnika, o cümlədən T-80, T-90 tankları, piyadaların döyüş maşını ilə təchiz olunması ilə əlaqələndirir.

Onun dediyinə görə, Rusiya ordusu atıcı silahlarla - AK-12 avtomatları ilə təchiz olunub.

Təbii ki, Ukrayna tərəfi də rusların qabağına quşatanla çıxmayacaq.

Deyir, “biri ölməsə, o biri dirilməz”...gərək ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov bir müddət bundan əvvəl “dişinə qədər silahlanmış” Donetsk Xalq Respublikası ordusunun genişmiqyaslı hücuma keçəcəyini elan etmişdi.

...Yəqin sabiq mətbuat katibi Gennadi Alexini deyirəm,.. Ramzanın sağ olması...üzr istəyirəm, hücumla bağlı dedikləri barədə məlumatsız olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə