...Axır ki, “təbliğ və təlimatları” öz effektini verdi.
Hindistan ABŞ rəsmilərinin səfəri fonunda Rusiya neftinin alışını əhəmiyyətli dərəcədə azaldıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, xəbəri “Bloomberg” verib.
Beləliklə, son bir ayda Rusiya Federasiyasından Hindistanda neftin həcmi 40 faiz - sutkada 960 min barelə qədər azalıb. Agentliyin tankerlərin izlənməsi məlumatlarına istinadən verdiyi məlumata görə, ümumilikdə, avqustun sonunda Asiya müştərilərinə Rusiya neftinin tədarükü xüsusi əməliyyatın ilk ayından minimuma düşüb.
Qeyd edək ki, Rusiyadan neft alışını azaldanlar arasında… Çin də var. Belə ki, Pekin də iyulda alışları azaltmağa başlayıb - onların həcmi iyunun əvvəlindən 35 faiz az olmaqla sutkada 810 min barel təşkil edib.
Hindistan bazarına gəlincə, problemlər maliyyə nazirinin müavini, ABŞ-ın sanksiyalar siyasəti üzrə koordinatoru Uolli Adeimonun başçılıq etdiyi Amerika rəsmilərindən ibarət nümayəndə heyətinin səfərindən sonra yaranıb.
Deyilənlərə görə, Vaşinqton Hindistan hakimiyyətini Rusiya neftinin “qiymət tavanı”na qoşulmağa dəvət etdi.
…Və bu arada baş nazirin müavini Aleksandr Novak Rusiyanın ona ““qiymət tavanı” tətbiq edən ölkələrə neft tədarükünü kəsəcək” xəbərdarlğını edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB