4 Sentyabr - Qurtuluş Savaşının dönüş nöqtələrindən biri olan Sivas Konqresinin 103-cü ildönümüdür. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Bir millətin istiqlal atəşinin alovlandığı Sivas Konqresində mandat və himayədarlıq rədd edilərək Türkiyə Cümhuriyyətinin təməli qoyuldu.
Türkiyə prezidentp Rəcəb Tayyib Ərdoğan Sivas Konqresinin 103-cü ildönümü münasibəti ilə “twitter”dən paylaşım edib: “Qurtuluş Savaşının prinsip və məqsədlərinin müəyyən olunduğu, cümhuriyyətin əsasının qoyulduğu Sivas Konqresinin ildönümündə Qazi Mustafa Kamalı və bütün qəhrəmanlarımızı minnətdarlıqla yad edir, konqresə ev sahibliyi edən Sivaslıları və bütün vətəndaşlarımı səmimi qəlbdən təbrik edirəm”.
Türkiyənin vitse-prezidenti Fuad Oqtay da sosial media hesabında paylaşım edib: “Ya istiqlal, ya ölüm” deyərək gələcəyimizin əsasının qoyulduğu Sivas Konqresinin 103-cü ildönümündə Qazi Mustafa Kamal Atatürkü və istiqlal mübarizəmizin bütün qəhrəmanlarını rəhmət və minnətlə yad edirəm”.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop sosial media hesabı “twitter”də Sivas Konqresinin ildönümündə Qazi Mustafa Kamal və bütün qəhrəmanları hörmət və minnətlə yad etdiyini yazıb: "103 ildir Sivasın səma qübbəsindən yüksələn səs azadlığından, namusundan əl çəkməmək üçün canından keçən bu nəcib millətin səsidir. Eyni əzmlə, eyni ruhla..."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB