Müharibə başlayandan bəri Rusiya Ukraynaya 3500 raket atıb

Müharibə başlayandan bəri Rusiya Ukraynaya 3500 raket atıb

...Genişmiqyaslı işğalın başlanğıcından bəri Rusiya Ukraynaya 3500 raket atıb.

SİA xəbər verir ki, Strateji Komandanlığın mətbuat mərkəzi müvafiq məlumatı Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Streltsə istinadən paylaşıb.

...Raket partlayışları atmosfer havasına atılan tullantılar, torpaq və suyun çirklənməsi, flora və faunanın tələf olması ilə müşayiət olunur. Son məlumatlara görə, Ukrayna ərazisinin 200 min kvadrat kilometrə yaxın ərazisi minalardan təmizlənməlidir.

Altı ay ərzində Fövqəladə Hallar Dövlət Xidmətinin pirotexniki vasitələri 186 mindən çox döyüş sursatı və iki mindən çox bombanı zərərsizləşdirib.

Biz, hələ bundan sonra onilliklər ərzində də Rusiyanın Ukraynanın ekologiyası üçün atəşə tutmasının nəticələrini hiss edəcəyik

Qeyd edim ki, fikirlər nazir Ruslan Streltsə məxsusdur.

Yeri gəlmişkən, Ukraynanın “UNIAN” agentliyi xəbər verir ki, daha əvvəlkindən, yəni Ukraynadakı döyüşlərin başlamasından fərqli olaraq, Ukraynanın hava hücumundan müdafiəsi indi Rusiya raketlərinin 50-70 faizini vurmağa qadirdir.

...Amma nə təəssüflər ki, hələlik hava hücumundan müdafiənin effektivliyini 100 faiz təmin etmək mümkün deyil.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə