Görən, Tramp Lenindən əsər oxuyubmu?

Görən, Tramp Lenindən əsər oxuyubmu?

ABŞ-ın keçmiş prezidenti Donald Tramp SSRİ-nin qurucusu Vladimir Leninin seçkilərdə səslərin hesablanması ilə bağlı ifadəsini sitat gətirib: “səsləri sayan namizəddən daha vacibdir”. Maraqlıdır, Lenin belə bir ifadə işlədibmi?

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu ifadənin məhz Leninə aid olması, elə də reallığı əks etdirmir.

Qeyd edək ki, Tramp bu fikirləri Filadelfiyada keçirilən növbəti mitinqində bildirib

O da maraqlıdır ki, yerli KİV-lərin yazdığına görə, guya Tramp bu fikri...məhz Leninindən sitat gətirib. Amma qəribəsi də odur ki, əksər KİV nümayəndələri buna elə də əmin deyirlər.

“...Partiyada kimin və necə səs verəcəyi qətiyyən əhəmiyyətsizdir; amma son dərəcə vacib olan səsləri kimin və necə hesablayacağıdır”.

Doğrudan da, bu ifadə orijinal səslənir. Amma dediyim kimi,

görən Leninlə əlaqəsi varmı? Maraqlıdır ki, tarixçilərin fikrincə, bu ifadə Stalinə də aid ola bilər. Maraqlıdır ki, tarixşilər buna da əmin deyirlər.

Əslində, məsələ bunda da deyil, məsələ Trampın sonradan səsləndirdiyi fikilərdədir.

Belə ki, həmin mitinqdə Tramp Respublikaçılar Partiyasına qarşı bəyanatlarına cavab olaraq hazırkı prezident Cozef Baydeni “ölkə düşməni” adlandırıb.

O da maraqlıdır ki, Tramp, partiyadaşları ilə, yalan olmasın ayda bir-iki mitinq-toplantı keşirməsinə baxmayaraq, 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürmək planlarını hələ də rəsmən açıqlamayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə