Sakariya Böyükşəhər Bələdiyyə sədri Əkrəm Yüce verdiyi yazılı məlumatda bildirib...
Türkiyənin Sakariya şəhəri Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət qurumu – UNESCO-nun "Öyrənən şəhərlər qlobal şəbəkəsi"nə qoşulub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Sakariya Böyükşəhər Bələdiyyə sədri Əkrəm Yüce verdiyi yazılı məlumatda bildirib: “Almaniyanın Hamburq şəhərindəki YUNESKO-nun Həyat Boyu Öyrənmə İnstitutuna üzvlük müraciətimiz qəbul edildi. Ömür boyu öyrənmə təcrübələri üzv şəhərlər arasında paylaşılacaq. Sakariya bu şəbəkədən maksimum səmərəli istifadə edəcək. Bunu qazandığımızdan çox məmnunuq. Böyük səy göstərən, əmək sərf edən bütün əməkdaşlarımıza minnətdarıq və təbrik edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB