Pakistanda kənd təsərrüfatına yararlı torpaqların 45 faizi su altında qalıb

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə...
Pakistanda kənd təsərrüfatına yararlı torpaqların 45 faizi su altında qalıb

Türkiyədən göndərilən humanitar yardım ləvazimatını daşıyan 11-ci təyyarə seldən zərər çəkən Pakistana çatıb.

SİA Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata istinadən, prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə humanitar yardımların daşqından zərər çəkən dost və qardaş ölkə Pakistana çatdırılması istiqamətində işlər davam edir. Bu çərçivədə 11-ci yardım təyyarəsi Pakistana çatıb.

Qeyd edək ki, Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində həyatını itirənlərin sayı 1265-ə yüksəlib.

Pakistan Milli Fəlakət İdarəetmə Agentliyinin (NDMA) məlumatına görə, ölkədə son 24 saatda 57 nəfər ölüb.

Sel və daşqınlar 33,4 milyon adama ziyan vurub.

Ölkə üzrə kənd təsərrüfatına yararlı torpaqların 45 faizinin su altında qaldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə