70 min insan hökumətin Rusiyadakı siyasətinə etiraz edib - ÇEXİYADA

70 min insan hökumətin Rusiyadakı siyasətinə etiraz edib - ÇEXİYADA

Çexiyanın paytaxtı Praqada 70 mindən çox nümayişçi artan enerji qiymətlərinə və Rusiya-Ukrayna müharibəsində hökumətin qərəzli münasibətinə reaksiya verib. SİA xəbər verir ki, paytaxtın əhəmiyyətli meydanlarından biri olan Venzel meydanına toplaşan etirazçılar “öncə çex” şüarı ilə keçirilən nümayişdə çex bayraqları ilə yanaşı, enerji qiymətlərinin artmasına etiraz edən “şəffaf pankartlar” da qaldırıblar. Təxminən 11 milyon əhalisi olan ölkədə polisin paylaşdığı məlumatlara görə, hökumət əleyhinə qeyri-hökumət təşkilatlarının təşkil etdiyi nümayişə 70 mindən çox nümayişçi qatılıb.

Nümayişçilər yüksək enerji qiymətləri səbəbindən hökuməti istefaya çağırarkən, Avropa Birliyinin (Aİ) Çexiya xalqına və iqtisadiyyatına zərər vurduğu üçün Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara son qoyulmasını tələb ediblər. Etirazçılar Çexiyanın bitərəf olması lazım olduğunu müdafiə ediblər.

Nümayişi “Rusiyapərəst” kimi dəyərləndirən baş nazir Petr Fiala bu vəziyyətin ölkənin maraqlarına zərər vurduğunu qeyd edərək, ölkəsində Rusiyanın təbliğat və dezinformasiya kampaniyasına inananların olduğunu bildirib. Avropa Birliyinə sədrliyini davam etdirən Çexiyada 400 mindən çox ukraynalı mühacir olduğu halda, Praqa müharibənin başlanğıcından bəri Kiyev rəhbərliyinə hərbi sursat və logistika baxımından dəstək verən aparıcı ölkələrdən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə