PKK terror təşkilatının 90-a yaxın üzvü zərərsizləşdirilib

PKK terror təşkilatının 90-a yaxın üzvü zərərsizləşdirilib

Ötən ay Türkiyə təhlükəsizlik qüvvələri PKK terror təşkilatının 90-a yaxın üzvünü zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, avqustda PKK-ya qarşı ümumilikdə 12 563 əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində 16 nəfər terrorçu öldürülüb, 60-ı sağ ələ keçirilib, 14-ü isə təslim olub.

Avqust əməliyyatları zamanı 106 bunker, sığınacaq və mağara yararsız hala salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə