Ramzan Rusiya Milli Qvardiyasına rəhbərlik edəcək?

Ramzan Rusiya Milli Qvardiyasına rəhbərlik edəcək?

...İndi də deyirlər ki, bütün bunlar hamısı blefmiş,..yəni Ramzan Kadırovun vəzifədən getmək-filan fikri yoxdur. Hətta deyilənlərə görə, o, Rusiya Federasiyası Milli Qvardiyasında rəhbər vəzifəyə iddialıdır. Amma Putinin onu Milli Qvardiyanın indiki rəhbəri Viktor Zolotovun yerinə təyin edəcəyi elə də inandırıcı görünmür.

...O da deyilir ki, Ramzan bu cür bəyanatlarla guya federal hakimiyyətə təzyiq göstərməyə çalışır.

Bir də, sual olunur: Ramzan niyə getməlidir? Axı xalq onu sevir. İnanmırsınız, baxın: 2021-ci ilin sentyabrında Kadırov yeni beş illik müddətə Çeçenistanın rəhbəri seçilib. MSK-nın məlumatına görə, o, Çeçenistan rəhbəri üçün keçirilən seçkilərdə 99,7 faiz səs qazanaraq, 2016-cı ildə 97 faiz səs toplayan öz rekordunu yeniləyib.

Məsələ bundadır ki, məlumatsız olanlar üçün məlum edim ki, bu gün Ramzan Kadırov özünün Telegram kanalında videomüraciət yayıb və o, Çeçenistan respublikasının rəhbəri vəzifəsindən getməyə hazır olduğunu bildirib.

Özü də adamı kövrəldən bir misal da çəkib: “...çoxdan gözlənilən qonaqdır, əgər vaxtında gedirsə, deməli, daha xoşdur”.

Maraqlıdır ki, bu arada, Ramzan Kadırovun Milli Qvardiyada rəhbər vəzifəyə mümkün keçidinin nəzərdən keçirildiyi barədə də şaiyələr ayaq açmağa başlayıb.

Bunu isə, “yalan və ya doğru” “Meduza” onlayn nəşri guya prezident administrasiyasına yaxın mənbəyə istinadən yayıb.

Nə bilmək olar...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə