Hərbi ekspert Oleq Jdanov Belarusda görünən hərbi texnika qatarının Ukrayna sərhədinə doğru irəliləməsinə münasibət bildirərək...işğal təhlükəsini də dəyərləndirib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bununla bağlı “Youtube” kanalında fikirlərini bildirib.
Jdanov Ukrayna kəşfiyyatının gətirdiyi məlumata istinadən, belarusların sərhəd yaxınlığında tanklar, zirehli texnika, artilleriya, hava hücumundan müdafiə sistemlərinin yığıqlarını bildirir. Onun fikrincə, “...çox güman ki, Belarusdan silahlı təxribatlar ola bilər, ancaq bu olsa da Rusiya qoşunları tərəfindən olacaq. Belarus ordusunun bu müharibəyə müdaxilə etmək istəyəcəyini düşünmürəm, baxmayaraq ki, biz belarusların “bu müharibəyə girməyəcəyinə” tam zəmanət verə bilmərik”.
Jdanovun sözlərinə görə, Ukrayna qoşunlarının bir hissəsini geri çəkmək və operativ fasilə vermək üçün Rusiya Federasiyasının həqiqətən də ikinci cəbhəyə ehtiyacı var: “...Onlar Donetsk bölgəsini ala bilmirlər, ona görə də silahlı təxribatların olması tamamilə mümkündür... Xüsusilə təlimlər zamanı və ya onlardan sonra, yaxud təlim adı altında belə silahlı təxribat təşkil edə bilərlər”.
Qeyd edək ki, Jdanov Belarusun tam hüquqlu işğalının Ukraynanı təhdid etmədiyini desə də, amma narahatlığını da gizlədə bilmir.
Bir də o, Belarusla sərhəddə uzun müddətdən bəri müdafiə işlərinin aparıldığına diqqət çəkir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB