“Rusiya Serbiyanın ərazi bütövlüyünü pozmayıb...”

“Rusiya Serbiyanın ərazi bütövlüyünü pozmayıb...”

Serbiya prezidenti Aleksandr Vuçiç Sloveniya prezidenti Borut Pahorla görüşdən sonra Rusiyaya qarşı sanksiyaların tətbiqini ölkə vətəndaşlarına izah edə bilməyəcəyini bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

“...Mən insanlara necə izah edəcəyəm ki, biz Sloveniyaya deyil, Rusiyaya qarşı sanksiyalar tətbiq edirik. Rusiya Serbiyanın ərazi bütövlüyünü pozmadı, lakin Sloveniya bunu etdi. Özü də Kosovonun müstəqilliyini tanımaqla.

Qeyd edək ki, “RİA Novosti” Vuçiçin Serbiyanın Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən imtina etməsi sualına cavabını sitat gətirir.

O, bunun müqabilində Serbiyanın nə üçün dost Sloveniya, Fransa və ya ABŞ-a qarşı sanksiyalar tətbiq etmədiyini də soruşdu.

Vuçiçə görə, Sloveniya prezidenti Serbiya hakimiyyətinin mövqeyini anlayan azsaylı şəxslərdən biridir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Vuçiç Serbiyanın anti-Rusiya sanksiyaları ilə bağlı mövqeyindən əl çəkməyəcəyini də bəyan etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə