@...Avropa Ittifaqı ölkələri saxlama və enerjiyə qənaət tədbirlərinə görə, Rusiya qazının tədarükünü tamamilə dayandırmağa hazırdır”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu “Les Echos”a istinadən Avropanın iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni deyib.
“...Biz Rusiyanın qaz silahından həddindən artıq istifadəsinə qarşı durmağa hazırıq. Biz Putinin qərarlarından qorxmuruq, onlardan müqavilələrə əməl etmələrini xahiş edirik,.. etməsələr, cavab verməyə hazırıq”.
Deyim ki, iqtisadiyyat üzrə komissar deyib bunları.
Komissarın sözlərinə görə, sentyabrın 2-də o, “G7” ölkələrinin iclasında olub, orada Rusiya neftinin dəniz yolu ilə ixracı üçün qiymət limitini təsdiqləyiblər. Alyans indi qiymət həddi səviyyəsi məsələsini yekunlaşdırmaq üçün koalisiya qurmaq üzərində işləməyi planlaşdırır.
Yeri gəlmişkən, “Qazprom” Rostexnadzor tərəfindən aşkar edilən nasazlıqlara görə “Şimal axını” kəməri ilə qaz nəqlinin tamamilə dayandırıldığını elan edib.
Lakin bu gün fəaliyyətini bərpa edən “Şimal axını”...cəmi bir saat “işləyib”.
Belə ki, “Reuters”in məlumatına görə, saat 14:00-dan 15:00-dək boru ilə qaz axını 184 kVt/saata yüksəlsə də, amma növbəti saatda bu rəqəm yenidən sıfıra düşüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB