Əlil şəxsin arabasından narkotik aşkar edildi

Əlil şəxsin arabasından narkotik aşkar edildi

Hava limanında özünü əlil kimi göstərən sərnişinin əlil arabasına gizlədilmiş 13 kiloqram narkotik maddə aşkar edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə İtaliyanın Milan şəhərində baş verib. Belə ki hava limanında axtarış zamanı bir polis iti maşında olan narkotikə reaksiya bildirib.

İtin hərəkətlərindən sonra özünü əlil kimi göstərən sərnişin yerindən qalxaraq yeriməyə başlayıb.

Polis axtarış zamanı 13 kiloqram narkotik vasitə aşkar edib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə