Nigeriyada silahlı dәstә üzvlәrinә qarşı hava әmәliyyatı keçirilib

Nigeriyada silahlı dәstә üzvlәrinә qarşı hava әmәliyyatı keçirilib

Nigeriyanın Kaduna əyalətində keçirilən hava əməliyyatı nәticәsindә 14 silahlı dəstə üzvü zərərsizləşdirilib.

SİA-nın bəzi qaynaqlardan əldə etdiyi məlumata görə, Nigeriya Hərbi Hava Qüvvələri ölkədə davam edən “Whirl Punch’’ əməliyyatı çərçivəsində Kaduna əyalətinin Kuduru bölgəsində silahlı dəstə üzvlərinə qarşı hava əməliyyatı həyata keçirib.

Əməliyyatda 14 silahlı dəstə üzvü zərərsizləşdirilib, çox sayda adam isə yaralı vәziyyәtdә qaçıb.

Qeyd edәk ki, ölkәdә heyvandarlıqla məşğul olan Fulani icmaları ilə əkinçiliklə məşğul olan bəzi tayfalar arasında şiddətli qarşıdurmalar yaşanır.Heyvanlarını otlatmaq üçün ölkәnin cәnubuna köç edәn Fulani icmaları fermerlərin onların mal-qaralarını oğurladığını vә icma üzvlәrinә hücum etdiyini iddia edir.

Ötən il Kaduna əyalətində silahlı şəxslərin törәtdiyi hücumlar nəticəsində 937 nəfər həlak olub, 1972 nəfər qaçırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə