Türkiyədə turistləri daşıyan avtobus aşıb - ölən və yaralananlar var

Türkiyədə turistləri daşıyan avtobus aşıb - ölən və yaralananlar var

Türkiyədə turistləri daşıyan avtobus aşıb. SİA xəbər verir ki, hadisə Çanaqqala şəhərinin Ezine ilçəsində qeydə alınıb.

Avtobus idarəetməni itirib aşandan sonra su kanalına düşüb.

Qəza nəticəsində 1 nəfər ölüb, sürücü də daxil olmaqla 54 nəfər yaralanıb.

Hadisə yerinə tibbi, jandarma və xilasetmə qrupları cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə