ABŞ Tayvana silah satacaq

ABŞ Tayvanla silah satışı və texniki xidmətlər üçün 1 milyard 106 milyon dollarlıq üç müqavilə imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat verib.

Qeyd olunub ki, 665,4 milyon dollar dəyərində olan ilk müqavilə Tayvanın radiolokasiya stansiyaları üçün avadanlıq və logistik dəstək vermək məqsədi daşıyır. İkinci müqavilə 355 milyon dollara 60 ədəd “AGM-84L Harpoon Block II” gəmi əleyhinə raketlərin və dörd “ATM-84L-1 Harpoon Block II” raketinin, üçüncü müqavilə 85,6 milyon dollara 100 ədəd “AIM-9X Block II Sidewinder” taktiki hava-hava raketlərinin verilməsini nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə